"Yuventus"un hücumçusu "Fənərbaxça"nın hədəfində

"Yuventus"un hücumçusu "Fənərbaxça"nın hədəfində
XƏBƏR 20 Yanvar 2012 / 11:38 2345
-  A +

"Fənərbaxça" klubu Moussa Sounun transferindən sonra bütün diqqətini "Yuventus"un futbolçusu Miloş Krasiçə yönəldib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "sarı-lacivərdlilər" serbiyalı futbolçunu mövsümün sonuna qədər icarəyə götürmək niyyətindədir.

"Fənərbaxça" rəhbərliyi Krasiç üçün 1 milyon avro ödəməyə hazırdır. "Yuventus"da çətin günlər keçirən Krasiçin də bu təklifi müsbət qarşıladığı bildirilir.

Qeyd edək ki, 2010-cu ildən "Yuventus"da çıxış edən Krasiç keçirdiyi 40 oyunda cəmi 8 dəfə fərqlənib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner