"Traktor Sazi" ikinci pilləyə yüksəldi

"Traktor Sazi" ikinci pilləyə yüksəldi
XƏBƏR 20 Yanvar 2012 / 03:54 2173
-  A +

Təbrizin "Traktor Sazi" klubu ötən gün İran çempionatında növbəti matçını keçirib.

Qol.Az-ın məlumatına görə, Təbriz təmsilçisi bu tur evdə "Dəməş" klubu ilə qarşılaşıb.

Son turda "Şahin" klubuna 3:0 hesabı ilə qalib gələn "Traktor Sazi" bu görüşdə də rəqibindən güclü olub. Fasiləyə 2:1 hesabı ilə üstün yollanan Təbriz komandası ikinci hissədə daha bir qol vurmaqla yekunda 3:1 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, bu qələbə sayəsində xalını 39-a çatdıran "Traktor Sazi" turnir cədvəlinin 2-ci pilləsinə yüksəlib.


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner