Futbol üzrə İngiltərə milli komandasının sabiq kapitanı Devid Bekhem ABŞ-ın “Los-Anceles Qalaksi” klubu ilə müqaviləsini uzadıb. Qol.Az-ın məlumatına görə, 37 yaşlı yarımmüdafiəçi daha 2 il MLS Liqasında oynayacaq.
Onun 2007-ci ilin əvvəllərində bağladığı 5 illik anlaşma 2011-ci ilin dekabrında başa çatıb. Bekhem ABŞ çempionatı üçün rekord məbləğdə - ildə 6 milyon dollar əmək haqqı alırdı. Ötən ilin sonlarında təcrübəli futbolçunun adı Fransa PSJ-si, habelə İngiltərənin bir sıra klubları ilə hallanırdı. Lakin yarımmüdafiəçi ailə vəziyyəti ilə əlaqədar PSJ-yə yollanmaqdan imtina edib.
Bekhem yeni anlaşmasını belə şərh edib: “Dünyanın bir çox klubundan təklif almışdım. Lakin ABŞ-da oynamaq və “Los-Anceles Qalaksi” ilə kuboklar qazanmaq istəyirəm. Ailəm də ABŞ-dakı həyatlarından razıdır və bu ölkədə hələ uzun müddət keçirmək niyyətindədir”.
Qeyd edək ki, “Los-Anceles Qalaksi”yə transferinədək Devid Bekhem İspaniyanın “Real Madrid” və İngiltərənin “Mançester Yunayted” klublarında oynayıb. O, Çempionlar Liqası, Qitələrarası Kubok, İngiltərə çempionatı, Kuboku və Superkuboku, eləcə də İspaniya çempionatı və Superkubokunun qalibi olub. Bekhem “Los-Anceles Qalaksi”nin heyətində isə 2011-ci ildə ABŞ çempionluğu əldə edib.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi