"İkinci dövrəyə qədər tam hazır olacağıq"

"İkinci dövrəyə qədər tam hazır olacağıq"
XƏBƏR 20 Yanvar 2012 / 00:01 1562
-  A +

Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt” klubu hazırlıqlarını davam etdirir.

Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına açıqlama verən komandanın kapitanı Samir Abasov hazırlıq prosesi ilə bağlı fikirlərini bölüşüb:

"Hazırlığımız yüksək səviyyədə keçir. Şükürlər olsun ki, tam heyətlə hazırlaşa bilirik, zədəli futbolçumuz yoxdur. Bu gündən etibarən isə yoxlama oyunlarına başlayırıq. Düzdür, belə qarşılaşmalarda önəmli olan nəticə deyil.
 
Əsas odur ki, heyətə cəlb olunan yeni futbolçular kollektivə uyğunlaşa bilsin və komandanın oyununda artım olsun. Düşünürəm ki, bu toplanış komandaya yaxşı təsir edəcək və Premyer Liqanın ikinci dövrəsinə qədər tam hazır olacağıq".

Daha çox


Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?