Quti Runinin cavabını verdi

Quti Runinin cavabını verdi
XƏBƏR 19 Yanvar 2012 / 17:05 2237
-  A +

"Real" (Madrid) klubunun sabiq futbolçusu Quti Hernandez "Mançester Yunayted"in hücumçusu Ueyn Runinin cavabını verib.

Qol.Az-ın məlumatına görə, Runinin Pepe haqda dediklərinə münasibət bildirən Quti ingilis futbolçunun bu iradlarını qəbul etməyib:

"Bir sözü deyərkən, ilk öncə özünə baxmalısan. Özünə hörmət edən bir insan davranışları ilə də digərlərinə örnək olmalıdır. Ancaq o zaman sənin başqalarına irad tutmağa haqqın çatar. Yaddan çıxarmasın ki, Runi də zaman-zaman futbolçuya yaraşmayan hərəkətləri ilə gündəmə gəlib".

Qeyd edək ki, Runi "Real" (Madrid) - "Barselona" matçından sonra (1:2) Pepeni "axmaq" adlandırmışdı.


Son xəbərlər