"Neftçi" üçün Rusiya, Rumıniya və Almaniya sınağı

"Neftçi" üçün Rusiya, Rumıniya və Almaniya sınağı
XƏBƏR 19 Yanvar 2012 / 16:36 1474
-  A +

"Neftçi" klubunun əvəzediciləri təlim-məşq toplanışı keçmək üçün Türkiyənin Antalya şəhərinə yollanıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan çempionatın lideri Bələk qəsəbəsində məskunlaşacaq.

Əvəzedicilər Antalyada 3 yoxlama matçı keçirəcək. Baş məşqçi Elşad Əhmədovun rəhbərlik etdiyi komanda yanvarın 25-də Moskva "Dinamo"sunun əvəzediciləri, 28-də Rumıniyanın U-21 yığması, fevralın 2-də isə Almaniyanın 3-cü Bundesliqa klublarından biri ilə qarşılaşacaq.
 
Qeyd edək ki, hazırlıq prosesi fevralın 3-dək davam edəcək.


Son xəbərlər
08.05.24  20:24

"Ağdaş"dan qələbə