Araz Abdullayevin bəxti gətirmədi

Araz Abdullayevin bəxti gətirmədi
XƏBƏR 19 Yanvar 2012 / 15:33 2573
-  A +

Ötən gün Yunanıstan kubokunun 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib.

Qol.Az-ın məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayevin şərəfini qoruduğu "Panionios" klubunun da rəqibi müəyyənləşib.

Həmyerlimizin komandası 1/4 final mərhələsində Yunanıstanın ən titullu klublarından biri "Olimpiakos"la qarşılaşacaq. 38 qat Yunanıstan çempionu və 24 qat kubok sahibi olan "Olimpiakos" klubu bu duelin əsas favoriti hesab olunur.

Qeyd edək ki, "Olimpiakos" - "Panionios" matçı fevralın 25-də keçiriləcək.

Daha çox


Son xəbərlər