Hakimlərimiz Almaniya və Ukrayna klublarının oyunlarına təyinat aldılar

XƏBƏR 19 Yanvar 2012 / 14:29 1290
-  A +

Antalyada hazırlıq prosesində olan Azərbaycan hakimləri bu gün daha beş yoxlama oyunu idarə edəcək.

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun Qol.Az-a verdiyi məlumata görə, FİFA referisi Fariz Yusifov "Dinamo" (Drezden, Almaniya) - "Metallurq" (Donetsk, Ukrayna), Elçin Məmmədov "Münhen 1860" (Almaniya) - "Aktobe" (Qazaxıstan), Orxan Məmmədov "Tobol" (Qazaxıstan) - "Dinamo" (Moskva, Rusiya), Alik Yunusov isə "Jetusu"  (Qazaxıstan) - "Sunner" oyununa təyinat alıb.

Qeyd edək ki, bu oyunlarla hakimlərimizin Antalyada olduğu son dörd gündə idarə edəcəkləri yoxlama görüşlərinin sayı 17-yə çatacaq.

Son xəbərlər