"İqtisadçı" mübarizəni dayandırdı

"İqtisadçı" mübarizəni dayandırdı
XƏBƏR 20 Yanvar 2012 / 00:02 1807
-  A +

Qadın voleybolçular arasında CEV kubokunun 1/8 final mərhələsinə yekun vurulub.

Qol.Az-ın məlumatına görə, turnirdə mübarizə aparan Bakının "İqtisadçı" klubu cavab görüşündə İtaliyanın "Yamamay" komandası ilə qarşılaşıb.

Səfərdə rəqibinə 0:3 hesabı ilə məğlub olan "İtisadçı"nın Bakıda işi heç də asan görünmürdü. Təmsilçimiz bu görüşdə qalib gələcəyi təqdirdə, oyunda "qızıl set"ə ehtiyac duyulacaqdı.
 
Lakin "İqtisadçı" rəqibi ilə bacarmayıb. Gərgin mübarizədən sonra rəqibinə 2:3 hesabı ilə məğlub olan "İqtisadçı" ilk dəfə qatıldığı turnirdə mübarizəni dayandırmalı olub.

Qeyd edək ki, "İqtisadçı" (Azərbaycan) - "Yamamay" (İtaliya) oyunu saat 18:00-da başlayıb.

 

19 yanvar

CEV kubokunda 1/8 final mərhələsinin cavab oyunu

"İqtisadçı" (Azərbaycan) - "Yamamay" (İtaliya) - 2:3 (21:25, 25:20, 19:25, 25:18, 13:15)


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner