Runi "Real"ın futbolçusunu axmaq adlandırdı

Runi "Real"ın futbolçusunu axmaq adlandırdı
XƏBƏR 19 Yanvar 2012 / 13:41 2354
-  A +

"Mançester YUnayted"in hücumçusu Ueyn Runi "Real" (Madrid) klubunun müdafiəçisi Pepenin sərt oyununa kəskin etirazını bildirib.

Qol.Az-ın məlumatına görə, ingilis futbolçu "Real" - "Barselona" matçında aqressiv oyunu ilə diqqət çəkən Pepeni axmaq adlandırıb:

"Pepe nə axmaq adamdır. Bu tip futbolçular adamı qıcıq edər. Abidalın qolu da Pepeyə bir ismarıc idi. Müdafiəçi onun kimi olar. Həm müdafiəyə kömək edir, həm də hücuma".

Qeyd edək ki, İspaniya kubokunun 1/8 final mərhələsinin ilk qarşılaşması çərçivəsində keçirilən "Real" - "Barselona" oyunu 2:1 hesabı ilə qonaqların xeyrinə başa çatmışdı.


Son xəbərlər