“Olimpik” - “Bakı” oyununda yaşanan hadisələr hələ də gündəmdədir. Qol.Az-ın məlumatına görə, bu gün “Bakı” klubu futbol ictimaiyyətinə müraciət ünvanlayəb. Klubun rəsmi saytında yer alan, “Azərbaycan futbolu bu ləkəni üzərindən atmalıdır” başlıqlı müraciəti bəzi ixtisarlarla təqdim edirik:
“Azərbaycan Premyer Liqasının 20-ci turunda yer alan qərəzli hakim qərarları, futbol adına ləkə gətirən, "fair play" prinsiplərini ayaqlar altına atan namərd rəqabətin yaşanması bu müraciətin ünvanlanmasına səbəb oldu.
“Xəzər Lənkəran”, “Neftçi”, “İnter”, “Qarabağ”a qalib gələn “Bakı” gücünü göstərib. “Bakı”nın liderliyi həm ölkə mediası, həm də futbol ictimaiyyəti tərəfindən normal qəbul olunur. Kimsə şübhə etmir ki, Azərbaycanı UEFA kuboklarında təmsil edəcək 3 klubdan biri, məhz, “Bakı” olacaq. Nüfuzlu ölkə mütəxəssislərinın də dəfələrlə qeyd etdiyi kimi, “Bakı” güclü hazırlıq keçmiş, geniş oyunçu seçiminə malik mobil və təcrübəli komandadır.
Belə olan halda sual yaranır: inkişafa can atan, bu yolda irəliləyən bir klubun uğurları kimləri və nəyə görə narahat edir? Futbol ictimaiyyətinə müraciət etməkdə də məqsədimiz, məhz, “futbol zəliləri”nin ifşa olunmasında güclərinin əsirgəməməyi rica etməkdir.
Biz AFFA prezidenti Rövnəq Abdullayevə, birinci vitse-prezidenti Rauf Əliyev, vitse-prezident Elşad Nəsirov, baş katib Elxan Məmmədov, icraiyə komitəsinin üzvləri, ölkə futbol ictimaiyyətinin nümayəndələri, klub rəhbərləri KİV, media, fan qrupları və sıravi azarkeşləri bu iyrənc görüntülərin bir daha təkrarlanmaması üçün qəti mövqeyini bildirməyə, Azərbaycan futbolunun saflığı uğrunda mübarizədə “Bakı”nın yanında olmağa cağırırıq.
Bu sıradan bir qanmamazlıq, tərbiyəsizlik və ya təsadüf deyil. Bu bir faktdır, onun presedent yaratması futbolumuza ölümcül zərbə vura bilər. Bu, tək idman prinsiplərinin tapdalanması deyil, Azərbaycan idmanına yaraşmayan, Azərbaycan insanın mənliyinə toxunan bir məsələdir.
Bu , Azərbaycan futbolunun “11 sentyabrıdır”, haqq-ədalətin, saflığın və şəffaflığın qalib gələcəyi bir gündür.
Biz tapdalanan haqqın müdafiəsi üçün Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi, Milli Olimpiya komitəsi, AFFA, PFL-ə müraciət edirik. Biz “futbol mətbəxi”nin geniş müzakirəyə açılmasının tərəfdarl deyilik, bütün məsələlərin AFFA daxilində müzakirə ounub, bu işdə günahı olan, qərəzlilik və ona zəmin yaradan şəxslərin cəzalandırılmasını tələb edirik.
Biz bütün klubları birliyə, “fair play”, dostluq, sağlam idman rəqabəti şəraitində mübarizəyə cağırırıq.
Bir daha ümidvarıq ki, Azərbaycanın sərraf gözlü idman ictimaiyyəti “Bakı” futbol klubu ilə birlikdədir.
7 aprel 2009
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər
“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi
"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
A Seriyasında daha bir baş məşqçi istefası
Azərbaycan millisi dünya çempionatına heç-heçə ilə başladı
“Borussiya” Niko Kovaçla müqaviləni uzatdı
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqaya təyinat aldılar
İnfantino milyonlarla dollar mənimsəyib - İddia
Dani Karvahalın yeni klubu açıqlandı
ÇL-in oyunları bu kanallarda
“Sabah” - "Slaviya" oyununa - Böyük maraq
Misli Premyer Liqası klubu baş məşqçini istefaya göndərdi
Haalandın "Barselona" arzusu
AFFA "Neftçi"ni 5 min manat cərimələdi
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Azərbaycanlı hakim “Roma” - “Real” oyununu idarə edəcək
Ukrayna millisi Gürcüstanı harada qəbul edəcək?
La Liqa klubunda yeni baş məşqçi
Ronaldo 981-ci qolunu Özbəkistan “Neftçi”sinə vurdu
“Traktor” ÇL-də ilk xalını qazandı
“Atalanta”dan 3 qollu qələbə - Video
Superliqada 7-ci tura yekun vuruldu
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"