“Qəbələ”nin 13 yaşa qədər futbolçulardan ibarət komandası “Riga Open Cup 2012”nin qalibi olub.
Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 18-i turnirin son oyununda “Riga FC” ilə qarşılaşan “Qəbələ” “rəqibin daşını daş üstə qoymayıb”: 11-1. Bu darmadağından sonra xal hesabını 13-ə çatdıran təmsilçimiz çempionluq kubokunu başı üzərinə qaldırıb. Komandamıza kuboku Avro-2004-də Latviya milli komandasının kapitanlıq sarğısını daşıyan Mixail Zemlinski təqdim edib.
Həlledici matçda Fərid Nəbiyev (3), Cavidan Qasımlı (3), Elvin İmanlı (2), Əli Məzahirli, Faiq Hacıyev, Murad Qayalı fərqlənib. Turniri “Dinamo” 10 xalla ikinci, “Super Nova” isə 7 xalla 3-cü yerdə yekunlaşdırıb. “Riga Open Cup 2012”nin ən yaxşı oyunçusu yekdilliklə Cavidan Qasımlı seçilib. Turnirin ən sərrast futbolçusu nominasiyasının qalibi də “Qəbələ”nin heyətində yer alıb. Bu rəqibləri 8 dəfə məyus edən Elvin İmanlıdır.
Final matçından sonra U-13-ün baş məşqçisi Recep Yazıcı fikirlərini bölüşüb:
“İlk dəfə akademiyamızın komandası beynəlxalq turnirdə birinci yeri tutdu. Qalib gəlmək hər zaman çox gözəldir, xüsusilə 5 yerli komandanın əlindən kuboku alıb Azərbaycana gətirmək, doğma bayrağımızı xarici ölkədə dalğalandırmaq qürurverici hadisədir. Klub, akademiya rəhbərliyini və futbolçuları təbrik edirəm. Bu qrupun məşqçisi Sərdar Qafarovu xüsusi qeyd etmək istəyirəm. Çünki komandamız təsadüfi qollar vuraraq qalib gəlmədi. Hər kəsi bizi alqışlamağa məcbur etdik. Təbii ki, bu cür oyun göstərmək üçün durmadan çalışmaq, məşq etmək lazımdır. Bizim komandamız bu çətin məşq proseslərindən sonra bu səviyyədə oyun sərgiləyir. Təbii ki qələbə xoşdur, amma bizi sevindirən əsas məqam da məhz ağıllı futbol oynamağımızdır. Ümid edirəm ki, kuboklarımızın, qələbələrimizin, uğurlarımızın davamı gələcək və bir neçə il sonra bu komandada çıxış edən futbolçular milli komandamızın və “Qəbələ”nin əsas heyətinin şərəfini qoruyacaqlar. Bu uğur bizim doğru yolla irəlilədiyimizin növbəti sübutudur”.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır