Seneqallı hücumçu "Fənərbaxça"da

Seneqallı hücumçu "Fənərbaxça"da
XƏBƏR 19 Yanvar 2012 / 02:33 1968
-  A +

Bu mövsüm hücum xəttində ciddi problemlər yaşayan Türkiyənin "Fənərbaxça" klubu axtardığını futbolçunu Fransada tapıb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İstanbul təmsilçisi "Lill"də forma geyinən futbolçu Mousa Sou ilə anlaşıb.

Daha öncə "Fənərbaxça"nın təklifinə "yox" deyən seneqallı futbolçu həmyerliləri Nianq və Dianın təkidi ilə fikrini dəyişib.

"Sarı-lacivərdlilər"in 25 yaşlı futbolçu üçün "Lill"ə 13 milyon avro verəcəyi bildirilir. Artıq Sounun "Fənərbaxça"dakı illik qazancı da açıqlanıb. Sou yeni komandasında ilinə 2,6 milyon avro qazanacaq.

Qeyd edək ki, Sou "Fənərbaxça" ilə 2015-ci ilə qədər anlaşıb.

Daha çox


Son xəbərlər