Daha bir ulduz futbolçu Amerikaya doğru

Daha bir ulduz futbolçu Amerikaya doğru
XƏBƏR 19 Yanvar 2012 / 01:12 1701
-  A +

"Bayer" (Leverkuzen) klubunun futbolçusu Mixael Ballak yenidən komandanı tərk edə bilər.

Qol.Az-ın məlumatına görə, almaniyalı futbolçunun Amerikaya gedəcəyi iddia olunur.

Amerikanın "Nyu-York" klubu Ballakı transfer etməkdə maraqlıdır. Karyerasında yenilik etmək istəyən futbolçu da bunu müsbət qarşılayıb.

Lakin 35 yaşlı futbolçunun maliyyə məsələsində razılığa gəlməyəcəyi təqdirdə Leverkuzen təmsilçisində qalacağı bildirilir. 

Qeyd edək ki, 2010-cu ildə yenidən "Bayer"ə qayıdan Ballak keçirdiyi 27 oyunda cəmi 2 dəfə fərqlənib.

Daha çox


Son xəbərlər