Ançelotti: "Mən Boaşdan Droqbanı istədim"

Ançelotti: "Mən Boaşdan Droqbanı istədim"
XƏBƏR 19 Yanvar 2012 / 00:01 1785
-  A +

"Çelsi" klubunun hücumçusu Didye Droqba karyerasını Fransa çempionatında davam etdirə bilər.

Qol.Az-ın məlumatına görə, 33 yaşlı futbolçu PSJ klubunun maraq dairəsinə düşüb.

Paris təmsilçisinin baş məşqçisi Karlo Ançelotti Droqbanı "Çelsi"nin çalışdırıcısı Andre Villas Boaşdan istəyidini bildirib:

"Çelsi"də məşq etmək olduqca çətindir. Bunun bir neçə səbəbi var. Fernando Torresin formada olmaması buna misal ola bilər. Mən Boaşdan Droqbanı istədim. Çünki əgər Boaş Torresə güvənmək istəyirsə, o zaman Droqbanı satmalıdır".

Qeyd edək ki, Ançelotti 2009-2011-ci illərdə "Çelsi"də Droqba ilə birgə işləyib.


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner