Valentin Belkeyviç: “Belarus klublarıyla müqayisədə Azərbaycan klubları daha varlıdır”

XƏBƏR 7 Aprel 2009 / 15:57 2506
-  A +

“Belarus futbolu son vaxtlar xeyli inkişaf edib. İstər klub, istərsə də milli komanmda səviyyəsində qazanılan nəticələr bunu deməyə əsas verir. Lakin maddi cəhətdən heç də hər şeyin ideal olduğunu demək olmaz. Məsələn, mənim qısa müddətdə oynadığım Azərbaycanda bu cəhətdən vəziyyət yaxşı idi. Oradakı klubların maddi imkanları Belarus klublarından daha yaxşı idi”. Qol.Az-ın məlumatına görə bu sözləri Belarus mətbuatına açıqlamasında Bakının “İnter” klubunun sabiq futbolçusu Valentin Belkeyviç deyib. Belaruslu futbolçu gələcək karyerası haqqında isə qısaca danışıb: “Bütün bacarığımı sərf edəcəyəm ki, futbolda güclü məşqçi kimi də ad qoyum”.


Son xəbərlər
topaz banner