Vaqif Cavadov "Qarabağ"a transferindən danışdı

Vaqif Cavadov "Qarabağ"a transferindən danışdı
XƏBƏR 18 Yanvar 2012 / 16:36 1924
-  A +

"17 yaşım olarkən "Qarabağ" mənə sahib çıxmışdı. Komandada 3 il gözəl anlar keçirdim. Təəssüf ki, "Tvente" macərası məndən asılı olmayan səbəblərə görə alınmadı. Ağır zədə almağım vəziyyətimi çətinləşdirdi. Amma cəmi 22 yaşım var. Gələcəyim hələ qabaqdadır".

Qol.Az-ın məlumatına görə, bu sözləri  "Volqa" klubundan ayrılaraq "Qarabağ"a transfer olunan Vaqif Cavadov klubun rəsmi saytına deyib.

Cavadov "Qarabağ"dakı gələcək karyerası haqda danışıb: "Qarabağ"da hələ bitməyən işim var. Bu komanda mənə çox doğmadır. "Tvente"yə gedərkən mütləq bir gün "Qarabağ"a qayıdacağımı demişdim. Hətta başqa komandalarda oynayanda belə "Qarabağ" mənim üçün xüsusi olub.
Vaqif "Qarabağ"da uğur qazanacağına inandığını deyib: "Qarabağ" mənim üçün mənəvi bağlarla yanaşı başqa amillərə görə də uğurludur. Çünki oyun üslübumun "Qarabağ"a uyğun gəldiyini düşünürəm. Burda futbol üçün hər şey var. Hətta "Volqa"da oynayarkən ruslara verdiyim müsahibədə "Qarabağ"da  futbolu bilən rəhbərliyin, əla kollektivin və güclü baş məşqçinin olduğunu bildirmişdim. İkinci dəfə evimə qayıtmışam. Komandaya daha çox xeyir vermək istəyirəm. İnanıram ki, "Qarabağ" üçün ən yaxşısını edə biləcəyəm. Azarkeşlərimiz "Tvente"də olanda məni həmişə dəstəkləyirdi. İndi vurduğum qollar və komandama xeyir verməklə yenidən onları sevindirmək istəyirəm".

Daha çox


Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?