Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun müsahibəsi
- Bugünlərdə başa çatan V Bakı Beynəlxalq Futzal Turniri ilə bağlı təəssüratlarınız necədir?
- Bildiyiniz kimi, bu ayın sonunda Xorvatiyada Avropa çempionatının final mərhələsinin oyunları başlayacaq. Qitəmiqyaslı yarışda mübarizə aparacaq Ukrayna, Türkiyə və Azərbaycan milli komandaları üçün V Bakı Beynəlxalq Futzal Turniri yaxşı hazırlıq mərhələsi oldu. Azarkeşlər biri-birindən maraqlı və həyəcanlı oyunlar izlədilər. Turnirdə iştirak edən Özbəkistan millisi isə may ayında Asiya çempionatında iştirak edəcək. Düşünürəm ki, Avropanın aparıcı komandaları ilə qarşılaşmaq onların hazırlığına müsbət təsir göstərdi. Turnirdə iştirak edən komandalar təşkilatçılığın yüksək səviyyədə olduğunu bildirdilər.
- Əvvəlki 4 turnirdə milli komandamız birinci yeri tutmuşdu. Lakin bu dəfə kubok Ukraynaya getdi...
- Son illər futzal üzrə Ukrayna milli komandası böyük nailiyyətlər əldə edir. Onlarla daha əvvəl qarşılaşmışdıq. İlk dəfə idi bizi məğlub etdilər və turnirin qalibi oldular. Ukrayna komandası əzmkar oyunlar nümayiş etdirdi. Gennadi Lisençukun rəhbərlik etdiyi komanda həm fiziki, həm də texnik-taktiki hazırlıq baxımından çox yüksək səviyyədədir. Bunun nəticəsi idi ki, ardıcıl üç qələbə qazanıb turnirin qalibi oldular.
- Milli komandamızın oyunlarını necə qiymətləndirirsiniz?
- Son 4-5 ayda heyətlə bağlı çətinliklərlə üzləşmişik. Bildiyiniz kimi, Biro Jade zədəlidir. Andrey Tveryankin, Vitali Borisov, Rizvan Fərzəliyev və Rəcəb Fərəczadənin yaxşı formada olmamaları məni narahat edir. Milli komandanın üzvləri ilə görüşümüzdə bunu onların nəzərinə çatdıracağıq. AÇ-nin final mərhələsinə az vaxt qalıb. Onlar öz üzərlərində daha çox çalışmalıdırlar ki, ölkəmizi Avropa çempionatında layiqincə təmsil etsinlər.
- Sizi narahat edən əsas çatışmazlıq nədir?
- V Bakı Beynəlxalq Futzal Turnirində keçirdiyimiz oyunları futzalçılar və məşqçilərlə birlikdə izləyib müzakirə edirdik. Komandanın müdafiə xətti olduqca zəif təsir bağışladı. Demək olar ki, müdafiə oluna bilmirdik. Bunun da əsas səbəbi futzalçıların birlikdə az oyun keçirmələridir. Əvvəllər hamısı bir klubda çıxış edirdi. Bu da nəticədə öz əksini tapırdı. İndi isə əksəriyyəti ayrı-ayrı klubların formasını geyinir. Onların meydanda bir-birini yaxşı başa düşmədiyi hiss olunur. Əsas çatışmazlıq kimi bunları qeyd edə bilərəm. Vaxtımız azdır. Çalışmalıyıq ki, komandanı 2010-cu ildəki səviyyəyə çatdıraq.
- Komandamızın Avropa çempionatında şanslarını necə qiymətləndirirsiniz?
- Birinci oyun hər zaman çətin olur. İlk oyunda Portuqaliya yığması ilə qarşılaşacağıq. Son 3-4 görüşdə Portuqaliya millisinə oyun ərzində məğlub olmamışıq. 2010-cu ildə Macarıstanda keçirilən Avropa çempionatında onlara penalti seriyasında məğlub olmuşduq. Həmin görüşdə Portuqaliya millisinin lideri Rikardinyo bizə qarşı oynamırdı. Ancaq bu il heyətdə yer alıb və bizə qarşı mübarizə aparacaq. Təbii ki, bu, öz təsirini göstərəcək. Millimizin xeyli vaxtdır zədəli olan üzvü Biro Jade bu dəfə də forma geyinə bilməyəcək. Futzalçılarımız bilməlidirlər ki, komandanın oyunu bir nəfərdən asılı olmamalıdır. Hamı oynamalı, sonacan mübarizə aparmalıdır. Qrupda komandaların şansları, demək olar ki, eynidir. Qarşıdakı qısa vaxt ərzində komandanı həm fiziki, həm texniki-taktiki, həm də psixoloji cəhətdən yaxşı hazırlayıb uğurlu nəticələrə qazanmalıyıq.
Mənbə: AFFA-nın rəsmi saytı
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır