“Bakı” klubu “Olimpik”lə oyunla bağlı AFFA-nın baş katibi Elxan Məmmədov və PFL-in prezidenti Ramin Musayevə müraciət ünvanlayıb. Klubun rəsmi saytının yaydığı məlumata görə, müraciətdə deyilir: “Olimpik” - “Bakı” görüşü zamanı oyunu idarə edən hakim Zöhrab Qədiyev oyunun nəticəsinə təsir edən qərarlar qəbul edərək, “Bakı” klubunun məğlub olması üçün hər şey etdi. “Bakı” FK-ya oyundan əvvəl baş hakim Zöhrab Qədiyevin meydanda başqa futbol klubuları tərəfindən müəyyən tapşırıqlar aldığı və meydanda buna uyğun olaraq “Bakı” FK-nu məğlub etmək üçün mümkün olan hər şey edəcəyi ilə bağlı məlumat daxil olmuşdur. “Bakı” FK olaraq biz oyundan əvvəl bu haqda Hakimlər Komitəsinin rəhbərliyini məlumatlandırmış və xahiş etmişdi ki, bu oyunda diqqətli olsunlar. Hakimlər Komitəsi öz növbəsində hər şeyin ədalətli olacağını, hakim Z.Qədiyevin oyunu obyektiv və qərəzsiz idarə edəcəyini bildirmişdir. Lakin oyun başlayandan bir neçə dəqiqə sonra Z. Qədiyev obyektivlikdən uzaq və oyunu özü istədiyi kimi idarə edəcəyi məlum oldu. Bunu aşağıdakı epizodlarda açıq aydın görmək olardı.
Oyunun 19-cu dəqiqəsində M. Şükürov hakimin gözü qarşısında “Bakı” futbol klubunun oyunçusu E. Skuliçi əllə vursa da, nədənsə hakim M. Şükürova sarı vərəqə göstərməklə kifayətləndi. Halbuki, hakim həmin epizodda birbaşa qırmızı vərəqə göstərməli idi.
Oyunun sonrakı dəqiqələrində M.Şükürov dəfələrlə kobud qayda pozuntusuna yol versə də, hakimin fiti susurdu. Oyun zamanı verilən bütün cərimə zərbələri “Bakı” FK-nun qapısına verilirdi. “Olimpik” FK-nun müdafiəçisi U. Ndukanın dəfələrlə kobud qayda pozuntusuna yol versə də hakimin fiti yenə də susurdu. Halbuki həmin hərəkətlərlə bağlı “Bakı” FK-nun oyunçusu A. Muciri qırmızı vərəqə ilə meydandan qovuldu.
Oyunun 51-ci dəqiqəsində futbolda analoqu olmayan bir hadisə baş verdi. Baş verənləri sözlə ifadə etmək çətin idi. “Bakı” FK-nun cərimə meydançasında zədələnib yerə yıxılan J. Suaresə tibbi yardım göstərilməsi üçün F. Peres topu auta göndərdi.
“Bakı” FK-nun oyunçuları J. Suaresə ayağa qalxmaqda köməklik edərkən Mahir Şükürov autdan topu oyuna daxil etməkdə Junivan Suaresi zərbə mövqeyinə çıxardı və o da hesabı bərabərləşdirdi. “Olimpik” futbolçuları “Feyr- Pley” qaydalarına əməl etməyərək FİFA, UEFA və AFFA-nın qəbul etdiyi ədalətli oyun prinsiplərinə zidd hərəkət etdilər və futbol tarixində görünməyən bu hərəkətlə “tarixə düşdülər”. Bu hərəkət Azərbaycanlıya və peşəkarlığa ziddir, “Olimpik” Futbol Klubunun adına ləkədir və ləyaqət anlayışının üstündən xətt çəkmək deməkdir.
Bu bütün futbol ictimaiyyətinin haqlı narazılıqlarına səbəb olmuşdur. (KİV- də gedən yazılar və oyunun video yazısı məktuba əlavə olunur.)
Sizdən xahiş edirik ki, hakimin oyunun nəticəsinə təsir edən qərarlar qəbul etməsi və bu oyunda “Olimpik”li futbolçular tərəfindən “Feyr – Pley” normalarına zidd hərəkət etməklə əsas gətirilərək oyunun təkrar keçirilməsi üçün appelyasiya şikayətinə baxasınız. Oyunun video yazısı və mübahisəli epizodları FİFA,UEFA və AFFA-ya göndəriləcək”.
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər
“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi
"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
A Seriyasında daha bir baş məşqçi istefası
Azərbaycan millisi dünya çempionatına heç-heçə ilə başladı
“Borussiya” Niko Kovaçla müqaviləni uzatdı
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqaya təyinat aldılar
İnfantino milyonlarla dollar mənimsəyib - İddia
Dani Karvahalın yeni klubu açıqlandı
ÇL-in oyunları bu kanallarda
“Sabah” - "Slaviya" oyununa - Böyük maraq
Misli Premyer Liqası klubu baş məşqçini istefaya göndərdi
Haalandın "Barselona" arzusu
AFFA "Neftçi"ni 5 min manat cərimələdi
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Azərbaycanlı hakim “Roma” - “Real” oyununu idarə edəcək
Ukrayna millisi Gürcüstanı harada qəbul edəcək?
La Liqa klubunda yeni baş məşqçi
Ronaldo 981-ci qolunu Özbəkistan “Neftçi”sinə vurdu
“Traktor” ÇL-də ilk xalını qazandı
“Atalanta”dan 3 qollu qələbə - Video
Superliqada 7-ci tura yekun vuruldu
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"