Roberto Karlos: "Real" uğursuz seriyaya son qoymalıdır"

Roberto Karlos: "Real" uğursuz seriyaya son qoymalıdır"
XƏBƏR 18 Yanvar 2012 / 14:58 1933
-  A +

"Anji" klubunun futbolçusu Roberto Karlos bu gecə baş tutacaq "Real" (Madrid) - "Barselona" matçını dəyərləndirib.

Qol.Az-ın məlumatına görə, sabiq "Real"lı futbolçu bu görüşdə "Real"ın mütləq qələbə qazanmalı olduğunu bildirib:

"Meydan amili bizim vaxtımızda olduğu kimi, yenə də əsas rol oynayacaq. "Real" doğma azarkeşləri önündə çəkinmədən hücuma atılmalıdır.

Çünki "Real" Madriddə mütləq qələbə qazanmalıdır. Barselonada isə necə olacağını hər kəs görəcək. "Real" yüksək maaş alan və özünə güvənən futbolçulara sahibdir. Ona görə də "Barselona" ilə davam edən uğursuz seriyaya son qoymalıdır".

Qeyd edək ki, "Real" (Madrid) - "Barselona" matçı bu gecə Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner