PKK terror təşkilatının siyasi qanadı sayılan Barış və Demokrat Partiyası (BDP) növbəti təxribat xarakterli addım atıb.
Qol.Az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, 6 ay əvvəl “demokratik muxtariyyət” yaradıldığını elan edən BDP bu istiqamətdə planlarını həyata keçirmək üçün işə başlayıb.
Türkiyədə BDP-nin üzvlərinin nəzarətində olan bələdiyyələr Türkiyə Futbol Federasiyasına alternativ olaraq Mesopotomiya Klublar Birliyi yaradıblar. Qurum dərnək kimi Diyarbəkir Dərnəklər Müdirliyi tərəfindən rəsmən qeydiyyata alınıb. Birliyin emblemi sarı, mavi, çəhrayı və qırmızı rəngdən ibarətdir. Mesopotomiya Klublar Birliyinin emblemində bir məqsədi qarşısına qoyan insan fiquru var. Mesopotomiya Klublar Birliyinin prezidenti Sur rayon bələdiyyəsinin sədr müavini Hüseyin Kayadır. Mersin, Diyarbakır, Batman, Şanlıurfa, Muş, Bitlis və Şırnakdakı bələdiyyələrin qurduğu 10 komanda bu çempionatda yarışır, oyunlar Türkiyə Gənclik və İdman Nazirliyinin meydanlarında keçirilir. Mesapotomiya Klublar Birliyi oyunlara pulunu ödəyərək hakimlər də göndərir. İstəyən klub xarici futbolçu alaraq oynada biləcək. Mesopotomiya Klublar Birliyi gələn il futbol komandalarının sayını artırmağı, basketbol və voleybol liqası yaratmağı da planlaşdırır.
Türkiyə dövlətinin idmandan əlini çəkməsini istəyən Hüseyin Kaya idman ilə barışa xidmət edəcəklərini iddia edib. DTK həmsədri Aysel Tuğluk isə bildirib ki, Mesopotomiya Klublar Birliyinin təşkil etdiyi çempionatda komandalar yaxşı oynayarlarsa, hədəfləri Avropa çempionatları olacaq.
Mənbə: lent.az
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır