"Neftçi" turnirin qalibi oldu

"Neftçi" turnirin qalibi oldu
XƏBƏR 18 Yanvar 2012 / 12:30 1748
-  A +

"Neftçi" klubunun 14 yaşlı futbolçulardan ibarət komandası Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən ənənəvi "Dəri top" turnirinin qalibi olub.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Araz Qulamovun rəhbərlik etdiyi U-14 finalda Rusiyanın "Sozvezdiye" klubunu 1:0 hesabı ilə məğlub edərək, kuboka sahib çıxıb. Yeganə qola Əli Şirinov imza atıb.
 
Qeyd edək ki, komandamız bundan əvvəlki görüşləri də qalib kimi başa vurmuşdu. "Neftçi" Latviyanın paytaxtı Riqanın "Şitika" futbol məktəbinin komandasını 7:2, Qazaxıstanın "Merke" klubunu 3:0, Belarusun "Muxavets" klubunu 4:0 hesabı ilə, Ukraynanın Lvov şəhərinin futbol məktəbinin komandasını isə penaltilərlə 1:1 (5:4) məğlub etmişdi.

Daha çox


Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?