"Simurq" ukraynalı futbolçuları sınayacaq

XƏBƏR 18 Yanvar 2012 / 11:28 1364
-  A +

“Simurq” klubu yanvar ayının 14-dən etibarən Antalyada qış təlim-məşq toplanışına start verib.

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda ayın 31-ə kimi hazırlıqlarını davam etdirəcək.

Bu barədə “Simurq”un icraçı direktoru Vaqif Əliyev danışıb: “Yanvarın 21-də Qazaxstanın “Kaysar” komandası ilə yoxlama oyununa çıxacağıq. 27 və 31 yanvar tarixlərində daha iki yoxlama oyunu keçirməyi planlaşdırırıq. Lakin hazırda bu komandaların adları tam dəqiqləşməyib. “Turan”dan yarımmüdafiəçi Rəşad Orucov “Simurq”un heyətinə cəlb olunub. Həmçinin Ukraynadan da bir neçə futbolçunun baxışa gəlməsi gözlənilir”.

Daha çox


Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?