"Liverpul"u şoka salan transfer qiyməti

"Liverpul"u şoka salan transfer qiyməti
XƏBƏR 18 Yanvar 2012 / 03:46 3262
-  A +

Luis Suarezin 8 oyunluq cəzalanması ilə hücumçu axtarışına başlayan İngiltərənin "Liverpul" klubu Serbiyaya üz tutub.

Qol.Az-ın məlumatına görə, "mersisaydlılar" "Partizan" klubunun 17 yaşlı hücumçusu Lazar Markoviçə "elçi" düşüb.

Lakin Serbiya təmsilçisinin tələb etdiyi məbləğ isə "Liverpul"u şoka salıb. "Partizan" rəhbərliyi 17 yaşlı futbolçu üçün 17 milyon avro tələb edib.

Bu tələb qarşısında aciz qalan "Liverpul"un baş məşqçisi Kenni Dalqliş Markoviçin transferindən imtina edib. Belə davam edərsə, ingilis nəhəngi Suarezin qayıtmasını gözləməli olacaq.

Qeyd edək ki, Markoviçlə "Liverpul"la yanaşı, Londonun "Çelsi" klubu da yaxından maraqlanır.


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner