Hakan Ünsal və Sərgən Yalçın Azərbaycana dəvət olunacaq

XƏBƏR 6 Aprel 2009 / 19:02 2646
-  A +

Qafqaz Universitetinin dəvəti ilə ölkəmizə gələcəyi gözlənilən Türkiyənin əfsanəvi futbolçusu Hakan Şükürün şəfəri baş tutmaya bilər. Buna səbəb Hakanın işlərinin çoxluğudur. Bu məlumatı Qol.Az-a adıçəkilən universitetin idman işləri üzrə direktoru Musa Turmuş deyib. Amma Turmuş Hakan gəlməyəcəyi tədqirdə belə onun əvəzinə başqa bir tanınmış türk futbolçunun ölkəmizə gələcəyini qeyd edib: “Hazırda Hakandan cavab gözləyirik. O gəlməsə belə Hakan Ünsal və yaxud Sərgən Yalçını Azərbaycana dəvət edəcəyik. Onlar da buraya gəlməyə etiraz etmirlər. Düşünürəm ki, Sərgənlə, Ünsal da Türkiyə futbolunda Hakandan az iz qoymayıblar”. 


Son xəbərlər
topaz banner