Erik Abidal daha bir il "Barselona"da

Erik Abidal daha bir il "Barselona"da
XƏBƏR 17 Yanvar 2012 / 02:56 1691
-  A +

"Barselona" klubunun rəhbərliyi fransız müdafiəçi Erik Abidalı komandada saxlayıb.

Qol.Az-ın məlumatına görə, 32 yaşlı futbolçu "Barselona" ilə 1 illik müqavilə imzalayıb.

Bununla da, Abidal 2013-cü ilin iyun ayına qədər "Barselona"nın şərəfini qoruyacaq. Futbolçu daha öncə 2 illik müqavilə tələb etsə də, sonda bir illiyinə razılaşıb.

Qeyd edək ki, 4,5 il bundan öncə "Lion"dan "Barselona"ya transfer olunan Abidal bu komandanın heyətində 177 oyun keçirib.

 


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner