İngiltərə yığmasının futbolçusu "Çelsi"də

İngiltərə yığmasının futbolçusu "Çelsi"də
XƏBƏR 17 Yanvar 2012 / 02:11 2047
-  A +

İngiltərə milli komandasının futbolçusu Qari Keyhill “Bolton” klubundan “Çelsi”yə keçib.

Qol.Az-ın məlumatına görə, 26 yaşlı müdafiəçinin keçidi “zadəganlar”a 8,5 milyon avroya başa gəlib.

“Çelsi”nin rəsmi saytında anlaşmanın müddəti göstərilməyib. Keyhillin “Bolton”la anlaşması yayda başa çatmalı idi. O, komandasını indi dəyişməsəydi, istənilən komanda onu yarım ildə kompensasiyasız ala bilərdi.

Qeyd edək ki, Qari Keyhill peşəkar karyerasına “Aston Villa”da başlayıb. O, 2008-ci ildə “Bolton”a keçib. Müdafiəçi 2011-2012-ci il mövsümündə 19 oyuna 2 qol vurub. Keyhill İngiltərə millisində isə 7 qarşılaşmada 1 dəfə fərqlənib.


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner