Futzal üzrə «Neftçi» komandası əməkdar idman ustası Viktor Kolotovun xatirəsinə həsr olunmuş Ukraynada keçirilən ənənəvi turnirin qalibi olub. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, turnirdə 16 komanda iştirak edib. «Neftçi» qrupda «Baktivşina» (Kiyev), «Transbud» (Kiyev) və «Stoxid» (Volın vilayəti) komandaları ilə mübarizə aparıb və ikinci yeri tutaraq növbəti mərhələyə adlayıb. Digər oyunların hamısını qələbə ilə başa vuran «Neftçi» finala yüksəlib. Təmsilçimiz finalda Ukraynanın «Sumı» komandasına qalib gələrək, turnirin qalibi adını qazanıb.
Komandanın uğurlu nəticə göstərməsi ilə əlaqədar bu gün AFFA-nın baş katibi Elxan Məmmədov «Neftçi»nin üzvləri ilə görüşüb. AFFA rəhbərliyi adından komandanı qazandığı qələbə münasibətilə təbrik edən E.Məmmədov «Neftçi»yə gələcək oyunlarda da müvəffəqiyyət arzulayıb.
"O, böyük sərvət xərclənəcək oyunçu deyil"
Osimheni ağladan təsirli koreoqrafiya - Video
"Sabah"dan qol yağışı - Video
Güləşçimiz erməniyə qalib gələrək bürünc medal qazandı
"Hər iki klub üçün bu mövzu bağlanıb" - Valdas Dambrauskas
"Hələ belə məğlubiyyətlə üzləşməmişdim" - Kaxaber Sxadadze
Fransa klubu qapıçısı ilə müqaviləni yenilədi
"Komandanın öyrəşdiyi sistemi dəyişdirmək asan deyil"
“Sabah” böyükhesablı qələbə qazandı
"Qalatasaray" - "Liverpul" matçının heyətləri açıqlandı
"Göygöl" "Şəki Siti"ni darmadağın etdi - Video
İngiltərə millisinin üzvü karyerasını bitirdi
"Real"ın futbolçusu əməliyyat olundu
“Göygöl” və “Qaradağ Lökbatan”dan böyükhesablı qələbə
"Matçı buraxmaq bərpa olmağıma yaxşı təsir edəcək"
"Kamp Nou"da azarkeşləri sevindirəcək yenilik olacaq