Bu pankart derbiyə heç yaraşmadı

Bu pankart derbiyə heç yaraşmadı
XƏBƏR 16 Yanvar 2012 / 18:07 2590
-  A +

İtaliya A Seriyası çərçivəsində dünən baş tutmuş "Milan" - "İnter" matçında xoşagəlməz hadisə yaşanıb.

Qol.Az-ın məlumatına görə, "İnter"li azarkeşlərin açdığı pankart ölkədə böyük səs-küyə səbəb olub.

Qonaq azarkeşlər "Milan"ın səhhəti ilə bağlı problem yaşayan iki futbolçusu - Cennaro Qattuzo və Antonio Kassanonu ələ salıblar.

Aylardır gözündən əziyyət çəkən Qattuzo və ürəyindən əməliyyat olunan Kassano üçün açılan pankartda "Qatuzo, Kassano... Göz görməyincə ürək dözərmiş" şüarının yazılması bütün futbolsevərlər tərəfindən hiddətlə qarşılanıb.

Qeyd edək ki, "Milan" - "İnter" derbisi 1:0 hesabı ilə qonaqların xeyrinə başa çatmışdı.


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner