Xavi daha bir rekorda imza atdı

Xavi daha bir rekorda imza atdı
XƏBƏR 16 Yanvar 2012 / 17:15 2171
-  A +

"Barselona" klubunun yarımmüdafiəçisi Xavi Hernandez daha bir rekorda imza atıb.

Qol.Az-ın məlumatına görə, ispaniyalı futbolçu La Liqanın sonuncu turu çərçivəsində "Barselona" forması altında 400-cü matçına çıxıb.

"Betis"lə oyunda 400-cü dəfə meydana çıxan Xavi bu oyuna qədər 44 qol və 80 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Barselona" - "Betis" matçı 4:2 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Xavini izləyən futbolçuların siyahısı isə belədir:

1. Migueli 391 oyun
2. Puyol 357 oyun
3. Rexach 328 oyun
4. Valdes 313 oyun
5. Amor 311 oyun
6. Zubizarreta 301 oyun

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner