Anri "Arsenal"lı azarkeşlərlə mübahisə etdi

Anri "Arsenal"lı azarkeşlərlə mübahisə etdi
XƏBƏR 16 Yanvar 2012 / 15:43 2145
-  A +

İki aylığına yenidən "Arsenal"a qayıdan Tyeri Anri komandanın azarkeşləri ilə mübahisəyə girişib.

Qol.Az-ın məlumatına görə, İngiltərə Premyer Liqasının sonuncu turunda "Arsenal"ın "Suonsi"yə məğlub olmasını həzm edə bilməyən bir qrup azarkeş Anriyə təzyiq göstəriblər.

Anrinin də buna qarşılıq verməsi isə aranı qarışdırıb. Fransız futbolçu onu təhqir edən bir azarkeşə "gəl aşağı söhbət edək" deyə cavab verib.

Qeyd edək ki, "Suonsi" - "Arsenal" matçı 3:2 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner