Türkmənistanlı futbolçu "Xəzər Lənkəran"da

XƏBƏR 16 Yanvar 2012 / 12:31 2424
-  A +

“Xəzər Lənkəran” 35 nəfərlik heyətlə bu gün Antalyaya təlim-məşq toplanışına yollanıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, heyətdə Julius Vobaydan başqa əsas komandanın bütün futbolçuları və həmçinin baxışda olan türkmənistanlı futbolçu Elman Taqayev yer alıb.

“Xəzər Lənkəran”a məxsus olan, lakin icarə əsasında digər klubda oynayan Konstantin Arbanas da komandaya Antalyada qoşulacaq.

Komanda Belekdə beş ulduzlu “Spice Hotel & Spa” otelində məskunlaşacaq.

Qeyd edək ki, Lənkəran təmsilçisinin Antalya toplanışı fevralın 2-nə kimi davam edəcək. “Xəzər Lənkəran”ın həmin ərəfədə 5 yoldaşlıq oyununun keçirilməsi nəzərdə tutulub. Bu görüşlərin yanvarın 21, 24, 29 və 31-i, həmçinin fevralın 2-də keçiriləcəyi planlaşdırılır. “Xəzər Lənkəran”ın ilk rəqibi Türkmənistan milli komandası olacaq. Bundan üç gün sonra yanvarın 24-də Albaniyanın “Teuta” klubu ilə oyunda qüvvəsini sınayacaq “Xəzər Lənkəran” yanvarın 29-da Qazaxıstanın “Atırau” klubu qarşılaşacaq.


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner