Millimizin baş məşqçisi: "Hazırlıq üçün vaxtımız olmadı"

Millimizin baş məşqçisi: "Hazırlıq üçün vaxtımız olmadı"
XƏBƏR 15 Yanvar 2012 / 23:41 1548
-  A +

«Ukrayna yığması güclü rəqibdir. Bu gün həm müdafiədə, həm də hücumda istənilən səviyyədə oynamadıq. İkinci hissədə nisbətən yaxşı təsir bağışlasaq da, hesabı bərabərləşdirə bilmədik”.

Qol.Az-ın məlumatına görə, bu sözləri Ukrayna ilə matçdan sonra keçirilən mətbuat konfransında millimizin baş məşqçisi Joze Alesio Da Silva deyib.

Braziliyalı mütəxəssis Jade və Tveryankinin yoxluğunu hiss etdiklərini bildirib: 

"Bayramdan sonra hazırlıq üçün kifayət qədər vaxtımız olmadı".

Qeyd edək ki, milli komandamız V Bakı Beynəlxalq Futzal Turnirinin ikinci turunda Ukrayna yığmasına 2:3 hesabı ilə məğlub olub.

Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?