“Qəbələ” klubunun futbolçusu Rövşən Əmiraslanov yanvarın 15-dən komandaya qoşulacaq. Bu haqda 26 yaşlı yarımmüdafiəçinin özü məlumat verib.
Əmiraslanov 2011-2012-ci il mövsümünün ilk yarısında cəmi 1 dəfə meydançaya çıxıb. Noyabrın 5-də AZAL-la keçirdikləri XII tur qarşılaşmasının 66-cı dəqiqəsində o, komanda yoldaşı Deon Bartonun əvəzinə oyuna daxil olub. Bundan başqa futbolçu ilk 5 turda və VIII turda sonadək ehtiyatda qalıb. Əmiraslanov AZAL-la oyunadək çıxış etməməsini ayağındakı zədələrlə əlaqələndirib.
Sonrakı qarşılaşmalarda ümumiyyətlə görünməməsinin səbəbini isə o, belə izah edib: “AZAL-la görüşdən sonra məşqə çıxarkən, gördüm ki, durduğum yerdə boyun damarlarım sıxılır, başım fırlanır, ürəyim bulanır. Bədənimin bütün orqanlarını tomoqrafiya etdirdim, Gürcüstanadək həkim yanına getdim. Amma heç kim bu xəstəliyin səbəbini tapa bilmirdi. Nəhayət, sonralar Bakıda bir həkimin yanında oldum. O, mənə sinir soyuqlaması diaqnozu qoydu və iynə-dərman yazdı. Dedi ki, bu, nevrozluq əlamətidir. Sağ olsun, yazdığı müalicənin mənə xeyli köməyi dəydi. Artıq 4 gündür ki, başgicəllənməm dayanıb, ağrılarım azalıb”.
Artıq komanda ilə birgə məşqlərə başlamağa hazır olduğunu deyən Əmiraslanov yanvarın 19-da “Qəbələ”nin heyətində Türkiyənin Antalya şəhərinə yollanacağını vurğulayıb. O, qardaş ölkədə “Acıbadem” klinikasında da müayinədən keçəcək. Futbolçu kollektivdən ayrı qaldığı müddətdə ona klub rəhbərliyi tərəfindən tam dəstək verildiyini də əlavə edib: “Azərbaycanın ən peşəkar klublarından bəlkə də birincisi “Qəbələ”dir. Elə klublar var ki, zədələnən kimi “Bizə lazım deyilsən” söyləyirlər. Amma mən bu müddətdə rəhbərliyimizdən yüksək səviyyədə dəstək gördüm. Dedilər ki, tam sağal, səni komandada gözləyirik. Buna görə “Qəbələ” rəhbərliyinə təşəkkürümü bildirirəm”.
Əmiraslanov “Qəbələ”yə Bakının “İnter” klubundan keçib. “İnter”də baş məşqçi Kaxaber Tsxadadzedən çox şey öyrəndiyini deyən Əmiraslanov gürcüstanlı mütəxəssisə də minnətdarlıq edib. O, “Qəbələ”də futbol infrastrukturunun daha yüksək səviyyədə olduğunu və bu komandaya böyük ümidlərlə gəldiyini söyləyib: “Futboldan ayrı qaldığım vaxtlarda bəzi nəşrlər yazırdılar ki, braziliyalı legioner Dodo məni heyətdən sıxışdırıb. Yəni, ona rəqabətdə uduzduğum üçün oynamıram. Amma bəlkə də çoxları bilmirdi ki, meydançaya çıxmamağıma məhz zədələr və sonradan sinirlərimin soyuqlaması mane olub. Özümü heç kəsdən zəif saymıram. İnşallah, məşqlərə qoşulduqdan sonra “Qəbələ”nin uğurları üçün əlimdən gələn köməyi əsirgəməyəcəyəm”.
Qeyd edək ki, Rövşən Əmiraslanov “İnter”in heyətində 2010-cu ildə Azərbaycan çempionu, 2011-ci ilin yanvarında isə “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik Kuboku”nu qazanıb. Məhz “Birlik Kuboku”ndakı uğurlu çıxışı sayəsində Əmiraslanov diqqət mərkəzinə düşüb. Azərbaycan milli komandasına da dəvət almasına baxmayaraq, o, heç bir oyunda meydançaya çıxmayıb (Lent.az).
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır