İspaniyanın “Barselona” klubunun və Argentina milli komandasının futbolçusu Lionel Messi karyerasında 3-cü dəfə “Qızıl top” qazanmasını şərh edib. Lent.az-ın məlumatına görə, 25 yaşlı hücumçu əvvəlki ilə müqayisədə budəfəki uğurundan təəccüblənmədiyini bildirib.
Lakin o, FİFA-nın sorğusunda ikinci yeri tutan İspaniya “Real Madrid”i və Portuqaliya millisinin yarımmüdafiəçisi Kriştianu Ronaldu ilə aradakı fərqin böyüklüyündən təəccüblənib: “Başa düşürdüm ki, “Qızıl top”u qazanmaq üçün əla şanslarım var və çox sakit idim. Bu səbəbdən, yenə “Qızıl top”u almağım sürpriz olmadı. Lakin mənimlə ikinci yer arasındakı böyük fərqə təəccübləndim. Həm Ronaldu, həm də 3-cü yeri tutan ispaniyalı həmklubum Xavi Ernandes də “Qızıl top”a layiq idilər”.
Messi əldə etdiyi uğurların təməlində “Barselona”nın baş məşqçisi Xosep Qvardiolanın durduğunu da vurğulayıb. Onun fikrincə, Qvardiola kölgədə qalmağa layiq deyil: “Mən yalnız komandanın bir üzvü, digərləri kimi bir oyunçuyam. Qvardiola isə öz qərarlarına cavabdehlik daşıyır. Fikrimcə, o, layiq olmadığı halda kölgədə qalır”.
Ulduz futbolçu növbəti “Qızıl top”u Argentina yığmasının üzvü kimi 2014-cü il dünya çempionatında əldə etmək istədiyini açıqlayıb: “Mənim üçün ən mənalı “Qızıl top” hələ almadığım 2014-cü ilin mükafatı olacaq. Onu mənə təqdim etsələr, deməli, Argentina millisi dünya çempionu olub. Bundan ötrü qarşıdakı 2 ildə “Qızıl top”a namizədliyimi irəli sürməməyə hazıram”.
Qeyd edək ki, FİFA-nın son sorğusunda rəyi soruşulanların 47,88 faizi Lionel Messini hamıdan güclü sayıb. İkinci yeri İspaniya “Real Madrid”inin portuqaliyalı hücumçusu Kriştianu Ronaldu tutub. O, 21,6 faiz səs yığıb. Messinin ispaniyalı həmklubu Xavi Ernandes isə 9, 23 faiz səs alıb.
Antirekord təkrarlandı
Millidə tarixi qol vurdu
Kürasao - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Ekvador - Almaniya: Heyətlər
"Bavariya" mundial oyunçusuna göz dikdi
"Mançester Yunayted" onu yenidən "Trabzonspor"a göndərir
Uğursuz çıxışdan sonra millini tərk etdi
Mərakeş millisindən yeni rekord
Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
Mourinyo oyunçularının DÇ-2026-nı tez tərk etməsini istəyir
"Rəqibə hörmətlə yanaşsaq..."
Mundiallarda ən çox ona qarşı qayda pozuldu
“Qarabağ”dan bu yayın 6-cı transferi - Rəsmi
"Bayer"dən "Arsenal"a keçdi
AFFA 2 komandanın şikayətini təmin etdi
"Səbail"ə qayıtdı
Rəqibin ayağını sındırdı - Sərt cəzalandırıldı
Corcina: "Ronaldo 50 yaşına qədər oynaya bilər"