“Neftçi”nin oyunu təxirə salınıb

XƏBƏR 6 Aprel 2009 / 16:34 2608
-  A +

17 yaşadək futbolçulardan ibarət komandalar arasında AFFA tərəfindən təşkil olunmuş çempionatın IX turu çərçivəsində aprelin 7-də keçirilməli olan «Bakı» - «Neftçi» oyunu təxirə salınıb. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, qarşılaşma təqvimdə ehtiyat gün kimi nəzərdə tutulmuş aprelin 19-da keçiriləcək. Buna səbəb «Bakı»nın 4 futbolçusunun 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışına cəlb olunmasıdır.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner