Amit Quluzadə oynadı, komandası qələbə qazandı

Amit Quluzadə oynadı, komandası qələbə qazandı
XƏBƏR 15 Yanvar 2012 / 00:16 1969
-  A +

Azərbaycan milli komandasının yarımmüdafiəçisi Amit Quluzadənin də şərəfini qoruduğu Türkiyənin "Kayseri Erciyesspor" klubu növbəti yoldaşlıq matçını keçirib.

Qol.Az-ın məlumatına görə, Kayseri təmsilçisi "1461 Trabzon" klubu ilə qarşılaşıb.

Bu görüş "Kayseri Erciyesspor"un qələbəsi ilə başa çatıb. Matçın taleyini isə bir qol həll edib - 1:0. 

Qeyd edək ki, matçın start heyətində meydana çıxan Amit 75 dəqiqə oynayıb. 


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner