"Milan" baş məşqçisi ilə müqaviləni uzatdı

"Milan" baş məşqçisi ilə müqaviləni uzatdı
XƏBƏR 15 Yanvar 2012 / 00:09 1744
-  A +

İtaliyanın "Milan" futbol klubu baş məşqçi Massimiliano Alleqri ilə müqaviləni uzadıb.

Qol.Az-ın "qara-qırmızılar"ın rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni anlaşma 2014-cü ilədək nəzərdə tutulub.

44 yaşlı mütəxəssis "Milan"a 2010-cu ildə baş məşqçi təyin olunub. O, ötən il komandaya İtaliya çempionluğu və ölkə superkubokunu qazandırıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner