Kristof Daumun “Beşiktaş” və “Fənərbaxça”nın baş məşqçisi olduğu və çempionluq qazandığı illərdə köməkçisi olan Murat Kuş “Bakı” klubunun dəvətiylə hazırda paytaxtımızdadır. “Bakı”nın rəsmi saytının verdiyi məlumata görə, Murat Kuş Azərbaycan premyer-liqasının XX turu çərçivəsində keçirilən “Olimpik” - “Bakı” matçını tribunadan izləyənlər arasında idi. Mayda “Bakı” klubunun dəvəti ilə Bakıya səfər edəcək Kristof Daumun təmsilçisi kimi Azərbaycan futbolu və klubumuz haqqında məlumat toplamaq üçün vəzifələndirilən Murat Kuş fikirlərini bu cür ifadə edib: “Ölkə klublarının peşəkarlaşma istiqamətində atdığı addımlar, stadion və baza inşası istiqamətində aparılan fəaliyyət, UEFA kriteriyalarına uyğunlaşmaq sahəsində aparılan işlərlə tanış oldum. Gördüklərimi Kristof Dauma raport halında təqdim edəcəyəm, Dostum Tunç Afşarla bərabər izlədiyim “Olimpik” - “Bakı” qarşılaşmasında “Fair-play” adına son dərəcə üzüntülü bir olayla qarşılaşdım. Rəqib komanda üzvünün zədələnməsi səbəbi ilə topu meydandan çıxaran “Bakı” futbolçuları zədəli oyunçuya tibbi yardım göstərilməsinə şərait yaratdılar. Matçı mən də daxil olmaqla, stadionda izləyən minlərlə insan topun “Bakı”ya qaytarılacağını gözlədiyimiz bir anda “Olimpik”li futbolçunun onu irəlidə mövqe tutan komanda yoldaşına atdığının şahidi olduq. Sonuncu isə kimsənin gözləmədiyi bir halda topu qüvvətli zərbə ilə “Bakı”nın qapısından keçirdi. Bu hal stadiondakı insanları şoka saldı. “Olimpik”li futbolçular bu davranışları ilə Azərbaycan futboluna ağır zərbə vurdular. İllər boyu formalaşan “Fair-play” prinsiplərini bir anda qələbə qazanmaq naminə ayaqlar altına salınması acı təəssüf doğurdu. Müxtəlif yarışlarda iştirak edən Avropa klublari Azərbaycana gələcək zaman “bunların “Fair-play” anlayışı budur” - deyə adekvat addımlar atmayacaqlarmı? Qalib gəlmək üçün idman ruhu və prinsiplərinə hürmətsizlik etmək heç bir idmançıya və komandaya baş ucalığı gətirməz. İdman yarışlarının sonunda dostluq qalib gəlməlidir, illər boyu qazanılan hörmətin bir anda itirilməsi heç bir çərçivəyə sığmır. İnanıram ki, Bakıya gələcək səfərlərimizdə “Olimpik”li futbolçuların necə bir yanlışlıq etdiyi və bunun mahiyyətini anlayaraq düzgün nəticə çıxaracaqlarının şahidi olacağıq. Qarşıdan gələn həftələrdə “Bakı” futbol klubu ilə əməkdaşlığımızın əsası qoyulacaq. Bunun hər iki tərəf üçün uğurlu olacağına inanırıq”.
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər
“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi
"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
A Seriyasında daha bir baş məşqçi istefası
Azərbaycan millisi dünya çempionatına heç-heçə ilə başladı
“Borussiya” Niko Kovaçla müqaviləni uzatdı
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqaya təyinat aldılar
İnfantino milyonlarla dollar mənimsəyib - İddia
Dani Karvahalın yeni klubu açıqlandı
ÇL-in oyunları bu kanallarda
“Sabah” - "Slaviya" oyununa - Böyük maraq
Misli Premyer Liqası klubu baş məşqçini istefaya göndərdi
Haalandın "Barselona" arzusu
AFFA "Neftçi"ni 5 min manat cərimələdi
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Azərbaycanlı hakim “Roma” - “Real” oyununu idarə edəcək
Ukrayna millisi Gürcüstanı harada qəbul edəcək?
La Liqa klubunda yeni baş məşqçi
Ronaldo 981-ci qolunu Özbəkistan “Neftçi”sinə vurdu
“Traktor” ÇL-də ilk xalını qazandı
“Atalanta”dan 3 qollu qələbə - Video
Superliqada 7-ci tura yekun vuruldu
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"