Bu gün səhər saatlarında Zaqatala şəhərini təmsil edən “Simurq” klubu Premyer Liqaya hazırlıq çərçivəsində Türkiyənin Antalya şəhərinə yollanıb.
Qol.Az-ın klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Sergey Yuranın komandası yanvarın 31-nə qədər burada qalacaq.
Toplanışa tam heyətlə qatılan komandanın 3 yoldaşlıq görüşü keçirməsi nəzərdə tutulub.
Zaqatala təmsilçisinin ilk rəqibi isə Qazaxıstanın “Kaysar” klubu olacaq. Oyun 21 yanvar saat 15:00-da kompleksin idman meydanında keçiriləcək. Digər qarşılaşmaların ayın 27 və 31-də keçirilməsi planlaşdırılır.
Lakin rəqiblərin hansı komandalar olacaqları hələ ki məlum deyil. Toplanışa komandanın heyətinə yeni cəlb edilmiş Nicat Qurbanov, Emin Cəfərquliyev, Dmitri Kramarenko və Ruslan Poladovla yanaşı, baxışa çağrılmış bir neçə yerli və əcnəbi futbolçular da qatılıb.
Qeyd edək ki, “Simurq” klubu Antalyadan sonra hazırlıqları Zaqatala şəhərində davam etdirəcək. Fevralın 3-də “Rəvanla” yoldaşlıq oyunu keçirəcək.
Antirekord təkrarlandı
Millidə tarixi qol vurdu
Kürasao - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Ekvador - Almaniya: Heyətlər
"Bavariya" mundial oyunçusuna göz dikdi
"Mançester Yunayted" onu yenidən "Trabzonspor"a göndərir
Uğursuz çıxışdan sonra millini tərk etdi
Mərakeş millisindən yeni rekord
Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
Mourinyo oyunçularının DÇ-2026-nı tez tərk etməsini istəyir
"Rəqibə hörmətlə yanaşsaq..."
Mundiallarda ən çox ona qarşı qayda pozuldu
“Qarabağ”dan bu yayın 6-cı transferi - Rəsmi
"Bayer"dən "Arsenal"a keçdi
AFFA 2 komandanın şikayətini təmin etdi
"Səbail"ə qayıtdı
Rəqibin ayağını sındırdı - Sərt cəzalandırıldı
Corcina: "Ronaldo 50 yaşına qədər oynaya bilər"