"İnter" Əziz Quliyevlə müqavilə imzalayacaq

XƏBƏR 12 Yanvar 2012 / 18:32 1754
-  A +

Mövsümün ikinci hissəsinə hazırlaşan “İnter” klubu "Bakı"dan transfer etdiyi gənc futbolçu Əziz Quliyevlə tezliklə müqavilə imzalayacaq.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, artıq bir neçə gündür ki, Ə.Quliyev komandayla birlikdə məşq edir.

Tibbi baxışdan keçən gənc oyunçu “İnter”lə birlikdə Antalyaya təlim-məşq toplanışına yollanacaq. Futbolçu ilə elə Antalyada rəsmi müqavilə imzalanacaq.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner