"Braziliya dünya çempionatına tam hazır olmayacaq"

"Braziliya dünya çempionatına tam hazır olmayacaq"
XƏBƏR 12 Yanvar 2012 / 14:40 1806
-  A +

Braziliya futbolunun canlı əfsanəsi Romario DÇ-2014-ün təşkilatçılığı ilə bağlı danışıb.

Qol.Az-ın məlumatına görə, əfsanəvi futbolçu 2014-cü ildə keçiriləcək dünya çempionatına ev sahibliyi edəcək ölkəsinin mundialın hazırlıqlarını vaxtında tamamlamayacağını bildirib.

Romario eyni zamanda dünya çempionatında oyunların keçiriləcəyi 12 stadiondan ikisinin hazır olmayacağını da vurğulayıb:

"Braziliyanın dünya çempionatına ev sahibliyi üçün tam hazır olacağını deyə bilmərəm. Çünki işlər olduqca ləng gedir. Bu səbəbdən də 12 stadiondan 10-u hazır ola bilər. Ancaq ikisində işlərin tamamlanacağına inanmıram".      


Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?