AZAL birinci divizion təmsilçisi ilə qarşılaşacaq

AZAL birinci divizion təmsilçisi ilə qarşılaşacaq
XƏBƏR 12 Yanvar 2012 / 12:56 1502
-  A +

Unibank Premyer Liqasında qış fasiləsinə buraxılmış AZAL klubu yanvarın 10-da yenidən toplanıb.

Qol.Az-ın klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, komanda artıq 3 gündür ki, Şüvəlanda hazırlıqlara başladığını bildirib.

Yanvarın 16-dan etibarən isə təlim-məşq toplanışının növbəti mərhələsinə start veriləcək. "Təyyarəçilər" yanvarın 18-də I Divizionda çıxış edən “Neftçala” klubu ilə yoxlama oyunu keçirməyi planlaşdırır.

AZAL-ın mətbuat katibi Eldəniz Yusifov komandanın qarşıdakı planları haqda danışıb: "Yanvarın 26-da komanda Yevlaxa yollanacaq.

Ertəsi gün isə AZAL “Rəvan” ilə hazırlıq oyununda qüvvəsini sınayacaq. Hazırda heç bir futbolçu baxışa gəlməsə də, “Neftçi”nin müdafiəçisi Tural Nərimanov icarə əsasında AZAL-ın şərəfini qoruyacaq".


Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?