Messi: "Karyeramın sonlarına doğru Argentinada oynamaq istəyirəm"

XƏBƏR 12 Yanvar 2012 / 02:14 1720
-  A +

"Barselona" klubunun ulduz futbolçusu karyerasını bitirmədən öncə vətəni Argentina çempionatında oynamaq istədiyini bildirib.

Qol.Az-ın məlumatına görə, "Barselona"nın yetirməsi olan və ölkəsində bir çempionat matçına belə çıxmayan Messi bununla bağlı belə danışıb:

"Avropada "Barselona"dan başqa forma geyinmərəm. Çünki Burada özümü çox yaxşı hiss edirəm. Ancaq karyeramın sonlarına doğru Argentina çempionatında çıxış etmək istəyirəm. Bu mənim üçün çox önəmlidir".

Qeyd edək ki, Messi 2011-ci ilin ən yaxşı futbolçusu seçilməklə ardıcıl olaraq 3-cü dəfə "Qızıl top" mükafatına sahib çıxıb.


Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?