"Neftçi"nin Türkiyədəki rəqibləri müəyyənləşdi

"Neftçi"nin Türkiyədəki rəqibləri müəyyənləşdi
XƏBƏR 11 Yanvar 2012 / 18:34 2217
-  A +

"Neftçi" klubu təlim-məşq toplanışı keçmək üçün Türkiyənin Antalya şəhərinə yollanıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda bu gün Bakı vaxtı ilə saat 19:00-dan etibarən məskunlaşacağı otelin meydançasında məşq edəcək.
 
"Neftçi"nin hazırlıq prosesinin ilk mərhələsində keçirəcəyi yoldaşlıq görüşlərinin tarixi və rəqiblər müəyyənləşib.

Son Azərbaycan çempionu yanvarın 17-də "Dinamo" (Drezden, Almaniya), 21-də "Aktobe" (Qazaxıstan), 24-də isə "Zaqora Beroe" (Bolqarıstan) klubu ilə qarşılaşacaq.


Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?