Məşhur futbolçunun restoranından 29 çanta çətənə tapıldı

XƏBƏR 11 Yanvar 2012 / 11:50 2598
-  A +

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Rio Ferdinanda məxsus “Rosso” restoranında polislər axtarış aparıblar. Qol.Az-ın “Daily Mail”ə istinadən verdiyi məlumata görə, axtarış nəticəsində Mançester şəhərinin mərkəzindəki iaşə obyektində baş aşpazın şkafından 29 çanta çətənə aşkarlanıb.

55 yaşlı aşpaz həbs olunub. Ona qarşı narkotikləri yayma məqsədilə saxlama ittihamı irəli sürülüb. Ferdinandın özü restoranında narkotiklərin saxlanıldığını zənn etməyib.


Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?