“Türk Telekom Arena”da qanlı insident

XƏBƏR 11 Yanvar 2012 / 11:01 2285
-  A +

Dünən Türkiyə kubokunda “Qalatasaray”ın “Türk Telekom Arena”da “Adana Dəmirspor”a qarşı keçirilən oyundan (4:1) sonra qanlı insident baş verib.

Qol.Az-ın “Milliyyət” qəzetinə istinadən yaydığı məlumata görə, oyundan sonra “Qalatasaray”lı azarkeşlərin yer aldığı tribunada dava düşüb.
Nəticədə bir azarkeş bıçaqlanıb.

Polis davada iştirak edən dörd nəfəri hadisə yerindən qaçarkən yaxalayıb.

Qeyd edək ki, bu hadisəyə görə Türkiyə Futbol Federasiyasının “Qalatasaray”ın stadionuna cəza çıxaracağı gözlənilir. Bele olsa, o zaman “Cim-bom” növbəti ev oyunlarından ən azı birini azarkeşsiz keçirəcək.


Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?