"Real" və "Barselona" ilə rəqabət apara biləcəyik"

"Real" və "Barselona" ilə rəqabət apara biləcəyik"
XƏBƏR 11 Yanvar 2012 / 00:01 2639
-  A +

"Bavariya" klubunun qapıçısı Manuel Noyer iddialı açıqlamaları ilə diqqət çəkib.

Qol.Az-ın məlumatına görə, almaniyalı qolkiper komandasının Çempionlar Liqasında "Real" (Madrid) və "Barselona" ilə rəqabət aparacaqlarını bildirib:

"Bu mövsüm əsas hədəfimiz Almaniya çempionu olmaqdır. Ancaq Çempionlar Liqasında da əlimizdən gələni edəcəyik. Ciddi itkilərimiz yoxdur və bu turnirə də özümü tam hazır hesab edirəm. İnanıram ki, "Real" və "Barselona" ilə rəqabət apara biləcəyik". 

Qeyd edək ki, "Bavariya" Çempionlar Liqasının 1/8 finalında "Bazel"lə qarşılaşacaq.

Daha çox


Son xəbərlər