“Qarabağ” 2012-yə start verdi

XƏBƏR 10 Yanvar 2012 / 22:57 1948
-  A +

Dekabrın 21-də baş tutan Unibankr Premyer Liqasının XVIII turundan sonra 20 günlük istirahətə yollanan “Qarabağ” bu gün yeni ilin ilk hazırlığını keçib.

Qol.Az-ın klubun saytına istinadən yaydığı məlumata görə, baş məşqçisi Qurban Qurbanov “Barselona”nın düşərgəsinə yollandığından komandanı məşqə Müşviq Hüseynov və Elçin Rəhmanov çıxarıb. 

Suraxanı qəsəbə stadionundakım məşqə komanda əsas heyətlə çıxmayıb. Legionerlər bu gecə Bakıda olacaq. Eyni zamanda yeni əməliyyat olunan Rəşad Sadıqov hələ də bərpa prosesi keçir. Vüqar Nadirovun əmisi rəhmətə getdiyindən 24 yaşlı forvard ilin ilk məşqini buraxmalı olub.

Məşq isə yüngül tempdə keçib. Futbolçular qaçışla kifayətləniblər.

“Qarabağ”ın sabahkı məşqi yenə də Suraxanı qəsəbə stadionunda olacaq.

Daha çox


Son xəbərlər