Nuri Şahin "Real"ın heyətindən kənarda qaldı

Nuri Şahin "Real"ın heyətindən kənarda qaldı
XƏBƏR 10 Yanvar 2012 / 18:55 2505
-  A +

"Real" (Madrid) klubunun türkiyəli futbolçusu Nuri Şahin komandanın heyətindən kənarda qalıb.

Qol.Az-ın məlumatına görə, İspaniya kuboku çərçivəsində bu axşam səfərdə "Malaqa" ilə cavab görüşünə çıxacaq "Real"ın baş məşqçisi Joze Mourinyo Nurinin adını 18-liyə daxil etməyib.

Daha öncə iki kubok oyununda meydana çıxan Nuri bu dəfə Malaqaya aparılmayıb. Madriddəki həyatından narazı olan Nurinin yenidən "Borussiya" (Dortmund) klubununa qayıdacağı iddia olunur.

Qeyd edək ki, 23 yaşlı futbolçu ötən mövsüm məhz "Borussiya"dan "Real"a transfer olunmuşdu.

Daha çox


Son xəbərlər